Müğənni Damla Naxçıvanda konsert zamanı çətin anlar yaşayıb.
Bizim.Media xəbər verir ki, "Saat Meydanı"nda canlı solo konsert proqramı ilə çıxış edən sənətçi onu seyr etməyə gələn minlərlə tamaşaçısını yaxından görüb, ünsiyyət qurmaq üçün səhnədən onların yanına düşüb.
İrandan gələn qız fanatlarının biri Damlanın əlindən öpüb, digəri isə hönkür-hönkür ağlayaraq müğənninin əlini sıxıb. Sənətçi isə pərəştişkarının göz yaşlarını silərək, başına tumar çəkib.
Hitlərini ard-arda düzən sənətçi konsertini yekunlaşdırdıqdan sonra kulisə gedib. Bu anda isə fanatlar Damla ilə şəkil çəkdirmək üçün qışqıraraq, üzərinə hücüm çəkib.
Polisin zamanında müdaxiləsi müğənnini yaşayacağı çətin anlardan xilas etmiş olub. Digər diqqət çəkən məqam isə Damlanın konsertə geyindiyi açıq-saçıq kostyumu olub.
Əyninə dizə qədər şort və sinə hissəsi ürək formalı dekolteli pencək, altına isə ön plana çıxan daş-qaşlarla bəzədilmiş büstqalterlə müğənni səhnəyə çıxıb. Onun bu geyimi sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb. Damla geyim seçiminə görə, izləyicilərin tənqidinə məruz qalıb.
Rəşad Əliyev, Bizim.Media