Nadir çıxışına dəqiqələr qalmış: "Mənim kimi dəyişilməkdən qorxmayın" - VİDEO

Hazırda oxunan: Nadir çıxışına dəqiqələr qalmış: "Mənim kimi dəyişilməkdən qorxmayın" - VİDEO

74394

"Əlimdən gələni, ən yaxşısını etməyə çalışacağam. Ümüd edirəm ki, jurilərdən yaxşı səs toplamışıq".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanı "Avrovizya-2022"-də "Fade to black" mahnısı ilə təmsil edən Nadir Rüstəmli İTV-yə müsahibəsində deyib.

Avropa səhnəsində çıxışına dəqiqələr qalan müğənni ifa etdiyi mahnısının motivləri haqda söz açıb:

"Hər dəfə ifa etdiyim "Fade to Black" mahnımda da bundan danışıram ki, insan qorxularının üstünə getməlidir və qorxularına qalib gəlməlidir. Düşünürəm ki, dəyişiklik ən böyük qorxulardan biridir. Hamı dəyişməkdən qorxur. Mahnımda deyildiyi kimi, biz xatirələrdə yaşayırıq və xatirələrimizin dəyişməyindən qorxuruq. Amma qorxularla üz-üzə gəlmək lazımdır".

N.Rüstəmli imic dəyişimi ilə bağlı sualı da cavablandırıb:

"Mənim kimi dəyişilməkdən qorxmayın. İstədim ki, uzun saçlarımı kəsdirim. Məncə belə daha yaxşıdır".

Qeyd edək ki, bir neçə dəqiqədən sonra  Nadir Rüstəmli müsabiqənin ikinci hissəsində 15-ci nömrə altında səhnəyə çıxacaq.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO