Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Hazırda oxunan: Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

627167

Sasseks hersoginyası, aktrisa Meqan Markl "MasterChef Australia" kulinariya şousunun çəkilişləri zamanı təsadüfən təhqir olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.

İddia olunur ki, Meqanın komandasının çəkiliş qrupundan yalnız bir xahişi olub: Britaniya kral ailəsinin adını çəkməmək. Lakin şounun daimi münsifi Po Lin You Meqan Marklı təqdim edərkən bunu unudub.
 

"Bizim mətbəxdə əvvəllər də kral ailəsinin şef-aşpazları qonaq olub, lakin beləsi hələ olmamışdı. Günəşli Kaliforniyadan, lütfən, “MasterChef Australia” şousunda Sasseks hersoginyası Meqan Marklı salamlayın!" — deyə o bildirib.


İnsayderlər iddia edirlər ki, Meqan bu təqdimatdan çox məyus olub və bu barədə yalnız çəkilişdən sonra xəbər tutub.

"Şounun bu hissəsi çəkilərkən o, qapının arxasında idi, ona görə də söhbətin nədən getdiyini bilmirdi", — deyə mənbə əlavə edib.

Vəziyyət münsif You-nu da "məyus edib", çünki prodüserlər qoyulan məhdudiyyətlər barədə ona məlumat verməyiblər. Bununla belə, Sassekslərə yaxın olan digər bir mənbə münsifin sözlərinin Meqan Marklı incitmədiyini iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO