"Bu sözü işlədəndlər insanlıqdan uzaq adamlardır"

"Bu sözü işlədəndlər insanlıqdan uzaq adamlardır"

Hazırda oxunan: "Bu sözü işlədəndlər insanlıqdan uzaq adamlardır"

608324

"Bu sənət çox çətindir. Əsasən də qadın üçün. Bu sənət qadın üçün deyil, kişi üçündür. Əvvəllər deyirdilər ki, toyda qadınlar oxumaz. Deyirdilər, filan toyda qadın müğənni var. Camaata qəribə gələrdi ki, qadın müğənnisi var? O vaxt toyları kişilər oxuyardı".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günə uğurla" verilişində deyib.

Müğənni toyda ifaçılıq etməyi xanımlara yaraşdırmadığını deyib:

"Deyirlər, toy müğənnisi. Bu sözü işlədəndlər insanlıqdan uzaq adamlardır. Biz hamımız bir ölkənin övladlarıyıq. Başqa yerdən qazanc yoxdur. Bizim bazar balacadır. Başqa ölkədə hərənin bir sistemi var. Kimi disk, kimi konsertdən qazanc götürür. Ya gərək atandan milyonlar qala ki, toya getməyəsən, ya ayrı biznesin ola. Məndə isə heç biri yoxdur. 700 mahnı yazdırmışam: vətənpərvər, xalq, bəstəkar, klassik mahnılar var. Toya getməsəm bunları necə yazdıra bilərdim?". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO