Lalə Dadaşova ilə evli azərbaycanlı müğənni haqda ŞOK FAKTLAR

Hazırda oxunan: Lalə Dadaşova ilə evli azərbaycanlı müğənni haqda ŞOK FAKTLAR

28999

Bizim.Media 90-cı illərin populyar müğənnisi olan Elçin Cəlilov haqqında bir neçə maraqlı faktı təqdim edir:

Əslən Qax rayonundan olan Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirir, mehrini anasına salır. Yaşının erkən çağında anasının istəyi ilə xalası qızı Mənfurə xanımla ailə qurur.

Bu evlilikdən onun bir qızı, bir oğlu doğulur. Oğlu kiçik yaşlarında dünyasını dəyişir. Elçinin evliliyinin ömrü uzun çəkmir, bir müddət sonra onlar ayrılırlar.

Elçin əvvəlcə Tahirə adlı xanımla ailə qurur, lakin, bu nikah da uğursuz olduğundan onun üçüncü evliliyi müğənni Lalə Dadaşova ilə baş tutur.

Xanəndəliyə başladığı ilkin dövrlərdə Elçin nə siqaret çəkir, nə içki içir. Çox utancaq və əxlaqlı insan kimi hörmət qazanır. Qardaşı Yusifin narkotik asılılığından əziyyət çəkməsi ona pis təsir edir, toylardan qazandığı pulları qardaşının müalicəsi üçün xərcləyir.

Lakin sonrakı illər təəssüf ki, Elçinin də pis vərdişlərə aludəçiliyi onun sənətinə təsir edir. Qısa zaman ərzində Elçin narkotik vasitələrinin istifadəçisinə çevrilir, gün-gündən arıqlayır, səsini itirir.

2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Xanəndə Mehdiabad qəbiristanlığında dəfn olunur.

Deyilənə görə, ona narkotik vasitəsi gətirənlərdən biri də qardaşı Yusif olub. Elçinin ölümündən az müddət sonra isə Yusif də dünyasını dəyişir.

Elçin Cəlilov ötən il 27 yaşında ürək tutmasından dünyasını dəyişən gənc yazar Kamran Sunun ögey əmisi olub. Bu barədə Kamranın "Kaktus" adlı romanının bir hissəsində qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO