Meyxanaçı Aqşin Fateh haqqında çıxan boşanma xəbərlərinə reaksiya verib.
Bizim.Media xəbər verir ki, efirlərin birində qonaq olan söz ustası ailəsinin dağılması iddiasına aydınlıq gətirib.
"Mənim Nəfəslə olan bəzi videolarımın şərh bölümündə də belə fikirlərə çox rast gəlirəm. Bu mövzu barədə deyəcəm, birdəfəlik hamı bilsin. Belə iddialar oradan formalaşa bilər ki, mən ümumiyyətlə nə qız övladlarımı, nə də onların anasının heç bir yerdə görüntüsünü sosial şəbəkələr daxil, heç vaxt icazə verməmişəm olsun.
Kimsə xanımın əlindən tutub sosial mediaya çıxmaq istəyir, hamı tanısın, mən isə elə şeylərdən uzaq olmuşam. Mənə doğma olan insanlar baxışımı, əqidəmi gözəl bilirlər.
Bundan sonra heç oğul övladlarımı da efirlərə gətirməyəcəyəm. Ailə mövzusu ilə gündəmə gəlmək istəmirəm. Hazırda ailəmin içindən, xanımımın yanından gəlirəm", deyə o, əlavə edib. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:50 / 30.09.2025
Nəfəsə görə onun ailəsi dağılıb?
Hazırda oxunan: Nəfəsə görə onun ailəsi dağılıb?
Hazırda oxunan: Nəfəsə görə onun ailəsi dağılıb?
273235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.