Anam döyüşlər zamanı iki güllə yarası alıb - Nura Suri

Anam döyüşlər zamanı iki güllə yarası alıb - Nura Suri

Hazırda oxunan: Anam döyüşlər zamanı iki güllə yarası alıb - Nura Suri

2396

“Atam Xanlar Səttarov Qarabağ müharibə veteranıdır. Hazırda ağır xəstədir, reanimasiyada idi. İnandırım sizi çox kritik durumda idi, qələbə xəbərini eşidən kimi, vəziyyəti yaxşılaşıb."

"Ona görə bu gün bizim ailədə ikiqat bayramdır”.

Müğənni Nura Suri qələbə sevincini Bizim.Media ilə bölüşərkən belə deyib. 
 
“Bizim qələbə sevincimiz Şuşanın azad olunduğu gündən başlandı. Xoş xəbərlər ard-arda gəldi. Dünən Prezidentdən müjdəli zəfər xəbərini aldıqdan sonra sevincimdən gecəni yata bilməmişəm. Bütün dost-tanış, qohumlar səhəri diri gözlə açmışıq”. 

Hər iki valideyninin Qarabağ müharibə veteranı olduğunu deyən ifaçı, anasının döyüşlər zamanı ağır yaralanmasından da söz açıb:

“Mənim anam Firəngiz Səttarova Qarabağ müharibə əlilidir, döyüşlər zamanı iki güllə yarası alıb.

2006-cı ildə onların qəhrəmaqnlıqları haqqında "Firəngiz və Xanlar" adında bədii sənədli roman dərc olunub. Kitab ehtiyatda olan hərbçi, profesor, Viktor Tatarenko tərəfindən yazılıb.Onların birinci Qarabağ müharibəsi dövründə göstərdikləri şücaətlərini bütün döyüş dostları bilir. 

“Sağ olsun, Prezident İlham Əliyev valideynlərimi igidliyə görə medalla təltif edib.

Bir dəfə görüş zamanı rəhmətlik Ulu Öndər Heydər Əliyev valideynlərimə onlarla fəxr etdiyini bildirib. Bu bizim üçün ən böyük mükafatdır”.

Sonda Nura Suri Azərbaycan xalqına qələbə sevincini yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə və Rəşadətli Ordumuza təşəkkür edib:

“Bir daha bizə qələbə sevincini yaşadan Ali Baş Komandanımız İlham Əliyevə və Müzəffər Ordumuza təşəkkür edirəm.

Siz bizim qürur yerimizsiniz!”

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO