Müğənni Nadir Qafarzadə türk həmkarlarının Azərbaycan mahnısını ifa etməsini tənqid edib.
Bizim.Media xəbər verir ki, N.Qafarzadə Ceylan Koynat Turanın “Əziz dostum” mahnısını oxumasını bəyənməyib.
Qafarzadə sosial şəbəkədə şərh yazaraq həmin ifaçının bu mahnını səsləndirməsini “son mənzilə yola salmaq”la müqayisə edib:
“Böyük iş görüb, əziyyəti çox oldu. Bizim ifaçılar onların mahnılarını özlərindən yaxşı oxuyurlar. Onlar isə Azərbaycan mahnılarını elə bil ki, son mənzilə yola salırlar”.
Qeyd edək ki, “Əziz dostum” mahnısının sözləri Rəsul Həmzətova, musiqisi isə Qulu Əsgərova məxsusdur.
Rəşad Əliyev, Bizim.Media