İstənilən görünüşü dəbli edəcək 5 universal AKSESSUAR – FOTO 

İstənilən görünüşü dəbli edəcək 5 universal AKSESSUAR – FOTO 

Hazırda oxunan: İstənilən görünüşü dəbli edəcək 5 universal AKSESSUAR – FOTO 

182584

Zərgərlik məmulatı obrazın yaradılmasında mühüm rol oynayır. Diqqətçəkən sırğalar, enli qolbaq və ya çox qatlı boyunbağı ən sadə geyimi belə maraqlı edə bilər. Buna görə də dəb blogerləri və küçə stili qəhrəmanları üslub seçərkən bu nüansları unutmurlar.

Bəs qarderobda hansı zinət əşyaları olmalıdır? 

Bizim.Media
bu suala belə cavab tapıb: 

Göz yaşı” şəklində sırğalar: 


Bu tip sırğalar artıq bir neçə ildir ki, dəbdədir. Onlar formalarına görə minimalist görünürlər. Bu aksessuarla həm axşam, həm də gündəlik görünüşləri tamamlaya bilərsiniz. Bu sırğalar hər hansı bir şənlikdə üzərinizdə gözəl görünüş yarada bilər.

Sap nazikliyində mirvari boyunbağı: 


Bu mövsüm mirvarilər yenidən populyarlıq zirvəsindədir. Onu geyinmək üçün “Chanel” ruhunda kostyum almaq lazım deyil. Geniş cins şalvar, böyük ölçülü köynəklərlə bu aksessuarı taxmaq kifayyətdir. 

Manjet bilərzik: 


Bilərziklər mövsümün başqa bir böyük trendidir. Onlar iki əldə və ya bir, çılpaq əldə və ya pencək və ya köynək üzərində geyilə bilər. Çox sayda üslub variantları var. Buna görə belə bir qolbaq sizin kolleksiyanızda mütləq şəkildə olmalıdır. 

Çoker: 


Boynunuzu vurğulamaq istəyirsinizsə, çokerləri seçin. Saten lentlərdən, məxmərdən, qızıldan, gümüşdən və əlbəttə ki, mirvaridən seçimlər sizin ixtiyarınızdadır. Yeri gəlmişkən, siz kolye ilə müxtəlif uzunluqda bir cüt bu boyunbağını da əlavə edə bilərsiniz. 

Zəncir: 


Böyük bir zəncir hər kəsin kolleksiyasında olması lazım olan aksessuardır. Onun köməyi ilə obrazınızı daha kobud və cəsarətli edə bilərsiniz. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO