Niyam od püskürdü: “Aynur mənim ona olan münasibətimə xələl gətirdi” – VİDEO 

Hazırda oxunan: Niyam od püskürdü: “Aynur mənim ona olan münasibətimə xələl gətirdi” – VİDEO 

178834

Müğənni Niyam Salami keçmiş duet ortağı və hazırda küsülü olduğu həmkarı Aynur Dadaşovadan söz açıb. 

Bizim.Media xəbər verir ki, Niyam “Xəbər-ətər” verilişinə müsahibəsində bildirib ki, Aynurla barışmaq niyyətində deyil. 

“Sən Aynur, mənim qəlbimi qırmısan. Mənim sənə olan münasibətimə gözün görə-görə xələl gətirmisən. Mənim qəlbim qırıldısa, bunları edə bilmərəm. Yalandan heç kimlə görüşən deyiləm. Belə “duxun” çatırsa, sözünü efirdə deyə bilirsənsə, götür telefonu zəng et. Əgər buna da ürək etmirsənsə, gəl iş yerimə. Qədərindən çox dəyər verirəm. 10 qəpiklikdirsə, ona 20 qəpik xərcləməməlisən. 10 qəpiklik adama elə 10 qəpik verməlisən”, - deyə Niyam vurğulayıb. 
Qeyd edək ki, Aynur Dadaşova ilə Niyam Salaminin dostluqlarının bitməsinə səbəb xanım müğənninin həmkarına düşmən kəsilən şəxslərlə restoran açması olub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO