“Çılpaq” gecədə iştirakından sonra Kirkorov ilk dəfə EFİRƏ ÇIXDI – VİDEO  

“Çılpaq” gecədə iştirakından sonra Kirkorov ilk dəfə EFİRƏ ÇIXDI – VİDEO  

Hazırda oxunan: “Çılpaq” gecədə iştirakından sonra Kirkorov ilk dəfə EFİRƏ ÇIXDI – VİDEO  
178491
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bloger və aparıcı Anastasiya İvleyevanın keçirdiyi qalmaqallı “çılpaq” gecəsində iştirakından sonra üzünə televiziyaların qapısı bağlanan Rusiyanın Xalq artisti Filipp Kirkorov yenidən “Maska” şounun münsiflər heyətində əyləşib. 

Bizim.Media xəbər verir ki, Kirkorov sözügedən televiziya layihəsində qeyri-adi imicdə görünüb. 

Ulduz şouya epotajlı geyimlər əvəzinə qara kostyum və sərt saç düzümündə qatılıb. Donbasa səfər edən Kirkorov reputasiyasını bərpa etməyə çalışıb. 

Belə ki, Kirkorov orada xəstəxanada əsgərlərlə danışıb, onlar üçün protezlərin pulunu ödəyəcəyini vəd edib. Bundan əlavə, sənətçi Rusiyanı tərk etmək fikrində olmadığını dilə gətirib: 

“Heç yerə getməyəcəyəm, mən burada yaşayıram, yaşamışam və yaşayacağam. Burada uşaqlarım, evim var, burada atam Bedros var. Sizin verdiyiniz dəstək hissi mənim üçün çox vacibdir”. 
Qeyd edək ki, dekabrın 21-də Moskvada “Mutabor” gecə klubunda baş tutan “çılpaq” tədbirə görə Kirkorov yeni il televiziya proqramlarından və bir sıra layihələrdən kənarlaşdırılıb və onun Xalq artisti adından məhrum edilməsi də tələb olunub. Onun vergi orqanları ilə də problemləri olub. Tənqidlərdən sonra Kirkorov gecədə iştirak etdiyinə görə bir neçə dəfə üzr istəyib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO