Nigar Camal Şuşada - FOTO/VİDEO 

Nigar Camal Şuşada - FOTO/VİDEO 

Hazırda oxunan: Nigar Camal Şuşada - FOTO/VİDEO 

146566

Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal Qarabağın “döyünən ürəyi” Şuşa şəhərinə yollanıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib. 

Nigar Vaqifin məqbərəsinin önündə keçirilən konserti izləyib, həmçinin Cıdır düzünə baş çəkib.

Orada çəkdiyi görüntüləri isə Camal izləyiciləri ilə bölüşüb. Müğənni paylaşımına “Hamı Şuşanın gözəlliyindən əlavə, xüsusi ab-havasının olduğunu deyirdi, heç cür təsəvvür edə bilmirdim.
Deyildiyi kimi var imiş. Buranın mistik aurası var və videoda göründüyündən də gözəldir. Bizə bu gözəllikləri bəxş edən qəhrəmanlarımıza Allah rəhmət eləsin! Qazilərimizə sağlam can nəsib etsin! Ordumuzun başında olan Cənab Prezidentimiz, Ali Baş Komandan çox yaşasın!” sözlərini yazıb. 
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO