Gizli narkotik plantasiyası aşkarlandı  - FOTOLAR

Gizli narkotik plantasiyası aşkarlandı - FOTOLAR

Hazırda oxunan: Gizli narkotik plantasiyası aşkarlandı - FOTOLAR
93170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Qusar polisi rayon ərazisində gizli yolla narkotik bitkilər yetişdirən şəxsi saxlayıb. 

Moderator.az ans pres-ə istinadən xəbər verir ki, saxlanılan şəxs Xaçmazın Xudat şəhər sakini 35 yaşlı Rahid Quliyevdir.

Polisə bu barədə əməliyyat məlumatı daxil olub. Aparılan əməliyyat axtarış tədbirləri zamanı Rahid Quliyev elə “iş başın”x9dda yaxalanıb. Hadisə yerində axtarış zamanı plantasiyadan xususi aqro texniki qaydada əkib becərdilmiş 18 ədəd hind çətənəsi kolu aşkar edilərək götürülub və ekspertiza üçün qablaşdırılıb.

Saxlanılan Rahid Quliyev bu ərazidə qaynatasına məxsus əkin sahəsi olduğunu deyərək narkotik tərkibli bitkilərə özünün qulluq etdiyini və istifadəçisi olduğunu etiraf edib.

Ərazidə narkotik bitkilərin becərilməsi üçün gübrə və ləvazimətlər aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin həmçinin üstündən 2 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Qusar polisi faktla bağlı araşdırmalara başlayıb.

Saxlanılan şəxs açıqlamasındabildirib ki, bu sahəni özü seçib, qaynatasının ərazisinə gələndə görüb bəyənib:

"Bunlara özüm qulluq etmişəm". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO