APA-nın məlumatına görə, hadisə iyulun 27-də saat 22.00 radələrində rayonun ucqar Perimbel kəndi ərazisində qeydə alınıb. Kənd sakini Firuz Mirziyad oğlu Rzayev qısqanclıq zəminində bacısının nişanlısı olmuş həmkəndlisi, 1984-cü il təvəllüdlü Vüqar Mirqiyas oğlu Xurşudovu ov tüfəngi ilə ürək nahiyəsindən iki dəfə atəş açmaqla güllələyərək qətlə yetirib.
***
Hadisəni törətmiş F.Rzayev rayonun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanaraq həbs olunub.
Faktla bağlı araşdırmalara başlanıb.




































































































