Üç tələbənin bir qıza olan məhəbbəti faciə ilə nəticələndi

Üç tələbənin bir qıza olan məhəbbəti faciə ilə nəticələndi

Hazırda oxunan: Üç tələbənin bir qıza olan məhəbbəti faciə ilə nəticələndi

63683
Hadisə Nəsimi rayonunda baş verib.

Dünən axşam Bakının Nəsimi rayonunda Rabitə kollecinin tələbələrinin iştirak etdiyi qanlı cinayət hadisəsi baş verib. Nəticədə onlardan biri ”“ 1997-ci il təvəllüdlü Muradov Nəriman Şöhrət oğlu qarın nahiyəsindən bıçaq yarası alıb.

Moderator.az xəbər verir ki, bu barədə Vesti.Az-a Nəsimi rayon Polis İdarəsində bildiriblər.

Məlumdur ki, hadisə “Memar Əcəmi”x9d metrostansiyasının yaxınlığında baş verib, münaqişəyə səbəb isə qız olub.

Adıçəkilən kollecin üç tələbəsi: 1997-ci il təvəllüdlü Muradov Nəriman Şöhrət oğlu, 1998-ci il təvəllüdlü Quliyev Cəfər Məmməd oğlu və 1996-cı il təvəllüdlü Hümbətəliyev Elvin Hümbət oğlu bir qızın ürəyini fəth etmək uğrunda “mübarizə”x9ddə qarşılaşıblar.  

Qeyd edək ki, bu münaqişəyə səbəb olan “ilham pərisi”x9d də Rabitə kollecində oxuyur.

Münaqişə Muradovun bıçaqlanması ilə başa çatıb, qalan aşiqlər isə cinayət yerindən qaçıblar.
Amma Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları şübhəliləri saxlayıb.

Hal-hazırda bu iki nəfərdən Muradovun qanını hansının axıtdığı aydınlaşdırılır.

Fakt üzrə cinayət işi açılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO