Goranboy rayon Xoylu kənd sakini Aqil İbrahimovun səlahiyyətli nümayəndəsi Natiq İsmayılov Moderator.az-a iki il öncə baş vermiş oğurluq faktının ört-basdır edilməsini şikayət edərək problemin ictimailəşdirilməsini xahiş edib.
Müraciətdə deyilir: ”İki ildən artıqdır ki,
Goranboy rayonun Xoylu kənd sakini Aqil İbrahimovun evindən oğruluq edilib.Bu
oğurluq hadisəsi 01.12.2011-ci il saat 14-00
iradələrinə təsadüf edir. Adıçəkilən
ünvanda edilən oğurluqla bağlı Aqil İbrahimov Goranboy rayon polisinə məlumat
verib. Hadisə yerinə əməliyyat-axtarış qrupunun əməkdaşları dərhal gəlib. Oğurluq
olan ünvanda cinayətkara aid olan əl və
ayaq izləri, eləcə də maddi sübut kimi düymə də götürülüb. Adıçəkilən ünvanda vətəndaşa
məxsus olan saxlanc yeri olan sandıq sındırılaraq 8420 manat pul və 12 min
manat civarında qızıl-ziynət əşyaları oğurlanıb. Törədilən oğurluq faktı ilə
bağlı Goranboy rayon polis şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin
177.2.3 maddəsi ilə cinayət işi qaldırılıb. Polis şöbəsində bu oğurluqla bağlı qaldırılan
cinayət işinin istintaqı qeyri-obyektiv aparıldığından bu günədək heç bir nəticə
verməyib. Ona görə də istintaqın nəticəsizliyinə etiraz edən Aqil İbrahimov
aidiyyatı üzrə dövlət orqanlarına çoxsaylı şikayətlər etdiyindən cinayət işi
Goranboy rayon polis şöbəsindən alınaraq Gəncə Şəhər baş Polis İdarəsinə
verilib.
Bu idarənin İstintaq şöbəsində də eynilə
Goranboy sindromu yaşandığından oğurluq faktı açılmamış qalıb. Sonradan
09.03.2013-cü il tarixdə Daxili İşlər Naziri Ramil Usubovun Bərdə rayon sakinləri
ilə görüşündə Aqil İbrahimovun səlahiyyətli nümayəndəsi Natiq İsmayılovun müraciəti
əsasında bu dəfə də cinayət işi Gəncə polisindən alınaraq Şəmkir rayon polis
şöbəsində araşdırılmasına göstəriş verilib. Adıçəkilən cinayət işini araşdıran
Şəmkir rayon polis şöbəsinin istintaq qrupu da bu oğrluğun ifşa edilməsi istiqamətində
heç bir irəlləyiş əldə etmədi.”
Natiq ismayılov sonda bildirir ki, ortada çoxlu
qaranlıq məqamlar var və şübhəli şəxs kimi adını istintaqa verdikləri adamlar
Goranboy polisi tərəfindən himayə edilir, Gəncə və Şəmkir polisləri də öz həmkarlarını
ifşa etməmək üçün zəruri addımları atmayıblar. N. İsmayılov bildirri ki, İbrahimovlar
ailəsinin yeganə ümidləri prezident İlham Əliyevədir və ölkə başçısının Gəncəbasara
səfərini intizarla gözləyirlər ki, bu cinayətin üstünün açılması üçün ondan kömək
istəsinlər.





































































































