Saxta 50 manatlıq qorxunuz azalacaq

Saxta 50 manatlıq qorxunuz azalacaq

Hazırda oxunan: Saxta 50 manatlıq qorxunuz azalacaq

945

Dövriyyəyə yeni texologiyalarla mühfizə olunan əskinaslar buraxılır

Hazırda ölkədə istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 550 manatlıq pul nişanlarına uyğunlaşdırılması prosesinə başlanılıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) Bizim.Media saytına verilən məlumata görə, dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib.
Mərkəzi Bank tərəfindən 1, 5 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.  
Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 50 manatlıq pul əskinasları 2021-ci il yanvarın 1-dən tədavülə buraxılacaq. 
Rəsmi məlumata görə, hazırda tədavüldə olan 1, 5 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək. Yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində yer tutacaq.

Bizim Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO