Bu rayonların qaz təchizatında fasilə yaranacaq

Bu rayonların qaz təchizatında fasilə yaranacaq

Hazırda oxunan: Bu rayonların qaz təchizatında fasilə yaranacaq

93531

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 14.09.2022-ci il tarixdə saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”, “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır. 

“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya verilən məlumata görə, təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO