Azərbaycanda pambıq istehsal edən ən böyük şirkət CƏRİMƏLƏNƏ BİLƏR  

Azərbaycanda pambıq istehsal edən ən böyük şirkət CƏRİMƏLƏNƏ BİLƏR  

Hazırda oxunan: Azərbaycanda pambıq istehsal edən ən böyük şirkət CƏRİMƏLƏNƏ BİLƏR  
85938
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“MKT İstehsalat Kommersiya” MMC barəsində inzibati protokol tərtib edilib.

Bizim.Media xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1-ci (istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.  

İş baxılması üçün İmişli rayon Məhkəməsinə göndərilib. 

İşə hakim Ülvi Qənbərovun sədrliyi ilə yaxın günlərdə baxılacaq. 

Protokol məhkəmə tərəfindən təsdiq edilərsə, şirkət dörd min manatadək cərimə ediləcək.

Qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC-nin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO