Büdcədə gəlir və xərclər artırılacaq - DEPUTAT 

Büdcədə gəlir və xərclər artırılacaq - DEPUTAT 

Hazırda oxunan: Büdcədə gəlir və xərclər artırılacaq - DEPUTAT 
80403
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu ilin birinci rübündə ilk dəfə olaraq qaz ixracından gələn gəlir neft gəlirlərinə yaxınlaşıb”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında səsləndirib.  

“Dövlət büdcəsinin gəlirləri proqnozdan 1,2 milyard manat və ya 10,8% daha çox yerinə yetirilib. Dövlət büdcəsinin xərcləri isə proqnozdan 70 milyon manat daha çox icra edilib.  

Sadalananlar 2022-ci il üçün dövlət büdcəsində dəyişikliklərin olmasını zəruri edib. Təqdim edilmiş layihəyə əsasən, 2022-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381 milyon, xərclərinin isə 2 milyard 424 milyon manat artırılması təklif olunur”, - deyə deputat əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO