Son illər Azərbaycanda, xüsusilə də Bakı şəhərində mənzil bazarında qiymət artımı davam edir. Həm yeni tikililərin, həm də köhnə yaşayış binalarındakı mənzillərin bahalaşması alıcıların diqqət mərkəzindədir.
Qiymət artımına təsir edən əsas amillər tikinti xərclərinin yüksəlməsi, torpaq çatışmazlığı, köhnə binaların yenilənməsi prosesi və ipoteka mexanizmlərinin genişlənməsidir.
Bizim.Media xəbər verir ki, bu barədə “demokrat.az”a açıqlama verən Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son illərdə daşınmaz əmlak bazarında qiymətlər xüsusilə iri şəhərlərdə artım nümayiş etdirir:
“Bu tendensiya daha çox Bakı şəhərində müşahidə olunur. Əvvəlki dövrlərdə tikinti şirkətləri boş torpaq sahələri əldə edərək həmin ərazilərdə yeni yaşayış binaları inşa edirdilər. Hazırda isə əsasən köhnə çoxmənzilli binalar sökülür və onların yerində müasir yaşayış kompleksləri tikilir. Bu proses zamanı mənzili sökülən sakinlərə yeni binadan daha geniş sahəyə malik, tam təmirli mənzillər təqdim olunur.
Bundan əlavə, tikinti şirkətləri köçürülən sakinlərin kirayə və daşınma xərclərini də qarşılayır. Bütün bu əlavə öhdəliklər tikintinin maya dəyərini artırır və nəticədə mənzillərin satış qiymətinə də təsir göstərir. Digər tərəfdən, bazarda satılan mənzillərin böyük hissəsinin kredit və ya hissəli ödəniş şərtləri ilə təklif olunması da qiymətlərin formalaşmasına təsir edən amillərdəndir”.
Elnur Fərzəliyev qeyd edib ki, qiymət artımı təkcə yeni tikililərdə deyil, istismar müddətini başa vurmuş köhnə yaşayış binalarında da müşahidə edilir:
“Belə binalarda mənzil sahibi olan şəxslər söküntü zamanı daha dəyərli yeni mənzil əldə etmək imkanına malik olurlar. Yeni tikilidə verilən mənzillərin bazar dəyəri köhnə mənzillərlə müqayisədə daha yüksək olduğundan, bu tip əmlaklara investisiya marağı artır. Bir çox alıcı gələcəkdə həmin mənzili daha yüksək qiymətə satmaq və gəlir əldə etmək məqsədilə bu cür daşınmaz əmlaklara üstünlük verir”.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
08:56 / 24.07.2026
Bakıda bu evlərin qiyməti kəskin qalxır
Hazırda oxunan: Bakıda bu evlərin qiyməti kəskin qalxır
Hazırda oxunan: Bakıda bu evlərin qiyməti kəskin qalxır
627175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































