Millət vəkili taxılçılıqda məhsuldarlığın aşağı düşməsi səbəblərini açıqladı

Millət vəkili taxılçılıqda məhsuldarlığın aşağı düşməsi səbəblərini açıqladı

Hazırda oxunan: Millət vəkili taxılçılıqda məhsuldarlığın aşağı düşməsi səbəblərini açıqladı

50472
 Hökumət rəsmilərinin qeyri-neft sektorunun və xüsusən də kənd təsərrüfatının ildırım sürətli inkişafı barədə səsləndirdikləri statistika ilə hər dəfə reallıq üst-üstə düşməyəndə dərhal haqlı sual yaranır, deməli, bu sahəyə cavabdeh olanlar niyə milləti və prezidenti aldadırlar? İndi məlum olub ki, ölkədə taxılçılıqda ciddi geriləmə olub və ötən ildəkindən bir milyon ton az məhsul götürülüb. Halbuki hökumət guya fermerlərə verilən subsidiyaların həcmini ötən ildəkindən xeyli artırmışdı...

Fikirlərini Moderator.az-la paylaşan millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli də hesab edir ki, hökumətin geriləməni təbii amillərlə əlaqələndirməsi qəbuledilməzdir:

“Rəsmi statistik mlumatlarına görə, 2013-cü ildə Azərbaycanda 2888 min ton taxıl istehsal olunub və hər hektardan məhsuldarlıq 27, 5 sentner olub. Bunun 1846 min tonu buğda olub. Bu ilin iyul ayının 21-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) 2014-cü ilin məhsulu üçün biçiləcək 963255 hektar sahənin 931600 hektarı (96,7%) biçilmiş, 2129 min ton taxıl istehsal olunmuşdur. Ondan 1423 min tonunu buğda təşkil edir. Hər hektardan məhsuldarlıq isə 24,0 sentner olmuşdur.
        Bu il ümumiyyətlə taxıl, xüsusən də buğda  istehsalındakı geriləmələr və məhsuldarlığın aşağı düşməsi rəsmi açıqlamalarda əlverişsiz iqlim şəraiti, dəmyə ərazilərdəki taxıl sahələrinin bir hissəsində məhsuldarlığın  çox aşağı olması, bəzi rayonlarda dolu düşməsi və sair bu kimi təbii səbəblərlə izah edirlər. Taxılçılıq sahəsində builki nəticələrin aşağı olmasını təkcə təbii şəraitlə izah etmək düzgün olmaz. Bəli, bu il taxıl istehsalının əhəmiyyətli dərəcədə aşağı düşməsində təbii şərait amili ciddi rol oynayıb. Amma təbii iqlim şəraiti ilə yanaşı bu işin təşkilinin aşağı səviyyədə olması, taxıl istehsalı üçün fermerlərə dövlət tərəfindən ayrılan subsidiyaların heç də hamısının birbaşa taxıl əkən fermerə çatmaması, taxılçılıqda əmək məhsuldarlığının artırılması istiqamətində təsirli tədbrlərin görülməməsi və sair bu kimi amillər, bir sözlə, taxılçılıq kimi strateji sahədə yarıtmaz fəaliyyət amili də ciddi rol oynayır. Bir də ki, Azərbaycanda 2 milyon ton taxıl istehsal olunanda da xaricdən  milyon tondan artıq taxıl və taxıl məhsulları gətirirlir, 3 milyon ton taxıl istehsal edildiyi elan olunanda da. Deməli, burada tədqiq edilməsinə ehtiyac olan məqamlar var. Belə ki, 2013-cü ilin ərzaq balansına dair açıqlanan məlumata görə, ötən ilin əvvəlində ölkəmizdə 1414 min tondan artıq taxıl ehtiyatı olub. Ötən il əlavə olaraq 2888 min tondan artıq taxıl istehsal edilib və 1611 min ton taxıl məhsulları idxalı həyata keçirilib. Nəticədə 2013-cü ildə ümumi taxıl ehtiyatlarının həcmi 5913 min tonu ötüb. Bu isə illik tələbatdan xeyli çoxdur.Ona görə də  Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən taxıl istehsalının statistikasına yenidən baxilmalıdır.Subsidiyaların birbaşa fermerə çatmasını və ondan taxıl istehsalının artırılmasını və itkilərin azaldılmasını təmin edən etibarlı mexanizm yaradılmalıdır. Ciddi islahatlar kontekstində taxılçılıqda və ümumiyyətlə aqrar sahədə əmək məhsuldarlığının artırılmasını stimullaşdıran səmərəli mexanizm hazırlanıb həyata keçirilməlidir. Əgər bu iş toxumçuluğun inkişafı və aqrotexniki qaydalara əməl olunmaqla yaxşı stimulaşdırılsa, son illər yaradılmağa başlayan iri təsərrüfatların təcrübəsi göstərir ki, məhsuldarlığı hər hektardan orta hesabala 50 sentnerə çatdırmaq olar.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO