Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Bizim.Media xəbər verir ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20,0 faiz artıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda neft-qaz sektorunda 31,8 min nəfər çalışır
Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 22,0 faiz artıb.
Qeyd edək ki, bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb.
Bizim.Media