I Qarabağ müharibəsi qazilərinə sığorta ödənişi veriləcək - Tarix açıqlandı

I Qarabağ müharibəsi qazilərinə sığorta ödənişi veriləcək - Tarix açıqlandı

Hazırda oxunan: I Qarabağ müharibəsi qazilərinə sığorta ödənişi veriləcək - Tarix açıqlandı

44871

I Qarabağ Müharibəsi zamanı xəsarət almış, lakin sığorta ödənişini almamış hərbi qulluqçulara və onların varislərinə kompensasiya ödənişi gələn il davam etdiriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, gələn il bu məqsədlə büdcədən 67 milyon manat ayrılacaq.
 

Qeyd edək ki, bu məsələ illərdir müzakirə mövzusudur. I Qarabağ müharibəsi zamanı şəhid olmuş şəxslərin ailələri 11 min manatlıq sığorta ödənişi alsalar da, bu günə qədər I Qarabağ müharibəsi qazilərinə bu ödəniş verilməyib.


Daha əvvəl Qarabağ qazilərinə əlillik və xəsarət dərəcələrinə uyğun olaraq, 11 min manatlıq ödənişin müvafiq faizlərinin verilməsi nəzərdə tutulurdu.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO