Bu ölkədə neft hasilatı 7 faizdən çox artdı

Bu ölkədə neft hasilatı 7 faizdən çox artdı

Hazırda oxunan: Bu ölkədə neft hasilatı 7 faizdən çox artdı

39837

2021-ci ilin sentyabrında Rusiyada neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 43,859 milyon ton təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin hesabatında deyilir. 

Bu ilin yanvar-sentyabr aylarında isə bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq 387,3 milyon tona çatıb. 

Sentyabr ayında Rusiyada "Rosneft" 16,5 milyon ton (8,1 faiz artım), "Lukoyl" 6,38 milyon ton (9,9 faiz artım), "Surqutnefteqaz" isə 4,64 milyon ton (8,1 faiz artım) neft hasil edib. 

Bu il ərzində "Rosneft"in neft hasilatı 143,9 milyon ton, "Lukoyl"un neft hasilatı 55,9 milyon ton, "Surqutnefteqaz"ın neft hasilatı 40,6 milyon ton təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO