Yarım ildə TANAP boru kəməri ilə Türkiyəyə 2,7 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub.
Bu barədə Bizim.Media-ya Energetika Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2018-ci il iyunun 30-dan indiyədək TANAP-la 10 milyard kubmetrdən çox qaz nəql edilib.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb.
TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili ötən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 5,8 milyard kubmetr olub. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:51 / 31.07.2021
TANAP-la bu il Türkiyəyə nə qədər Azərbaycan təbii qazı göndərilib?
Hazırda oxunan: TANAP-la bu il Türkiyəyə nə qədər Azərbaycan təbii qazı göndərilib?
Hazırda oxunan: TANAP-la bu il Türkiyəyə nə qədər Azərbaycan təbii qazı göndərilib?
30669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.