Təmir edilən Bakı-Sumqayıt yolundan yeni FOTOLAR 

Təmir edilən Bakı-Sumqayıt yolundan yeni FOTOLAR 

Hazırda oxunan: Təmir edilən Bakı-Sumqayıt yolundan yeni FOTOLAR 

25785

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (M1) avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri ikinci hissə üzrə davam etdirilir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, hazırda yenidənqurma işləri sözügedən yolun 22-23-cü km-lik hissəsində aparılır. 

Təmir-tikinti işlərinin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.  

Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO