2024-cü ildə Azərbaycana avtomobil idxalı 5 faiz AZALIB 

Hazırda oxunan: 2024-cü ildə Azərbaycana avtomobil idxalı 5 faiz AZALIB 

183275

Yanvar-fevral aylarından xarici ölkələrdən Azərbaycana 247 milyon 612.64 min dollar dəyərində 13 299 ədəd avtomobil idxal olunub. 

Bizim.Media Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrilə müqayisədə 640 ədəd və ya 4,60 faiz azdır. Belə ki, ötən dövrdə ölkəmizə 13 939 min ədəd avtomobil idxal olunub. 

Cari dövrdə ölkəyə daxil olan avtomobillərin 24 ədədi 10 nəfər və daha çox sərnişin daşıyan mikrobuslar, 12 023 ədədi müxtəlif markalı minik və digər mühərriikli nəqliyyat vasitələridir.

Bunun da 2 571 ədədi hibrit mühərrikli (dəyəri 82 milyon 728.50 min dollar), 541 ədədi yalnız elektrik mühərrikli (22 milyon 852.28 min dollar), 1 185 ədəd yük (22 milyon 526.61 min dollar), 67 ədədi isə  xüsusi təyinatlı maşınlar (6 milyon 335.08 min dollar) təşkil edir. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO