Bu il adambaşına düşəcək icbari tibbi sığorta haqqı nə qədərdir? – RƏSMİ 

Bu il adambaşına düşəcək icbari tibbi sığorta haqqı nə qədərdir? – RƏSMİ 

Hazırda oxunan: Bu il adambaşına düşəcək icbari tibbi sığorta haqqı nə qədərdir? – RƏSMİ 

171942

2024-cü ildə əhalinin adambaşına düşən icbari tibbi sığorta haqqı 122,9 manat məbləğində götürüləcək.

Bizim.Media xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Rəydə bildirilib ki, təqdim edilmiş məlumatlara əsasən, əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərin çoxalması əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və adambaşına düşən icbari tibbi sığorta haqqının cari ilin sonuna gözlənilən inflyasiyaya uyğun olaraq, 122,9 manat götürülməsi ilə bağlıdır.
Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsindən icbari tibbi sığorta fonduna 1 milyard 376 milyon manat ayrılması nəzərdə tutulub.  

Bu da cari ilin yenidən baxılmış büdcəsindən 112,2 milyon manat (8,9%) çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO