Dövlət büdcəsinin gəlirləri cuzi, xərcləri isə kəskin artıb – MƏRKƏZİ BANK

Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri cuzi, xərcləri isə kəskin artıb – MƏRKƏZİ BANK

151732

Cari ilin yanvar – iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 milyard 766.6 milyon manat, xərcləri isə 17 milyard 620.5 milyon manat təşkil edib. 

Bizim.Media-nın Mərkəzi Bankın rüblük hesabatı əsasında apardığı hesablamara görə, gəlirlərlə xərclər arasındakı fərq cəmi 1 milyard 146,1 milyon manat və ya 6.23 faiz təşkil edir ki, bu da 1,6 faizlik profisit deməkdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda biznes kreditlərinin həcmi azalıb


Büdcə gəlirlərinin ÜDM-də olan xüsusi çəkisi 26,7 faiz, xərclərin  çəkisi isə 25,0 faiz həcmindədir.

Ötən ilin eyni dövründə isə dövlət büdcəsinin gəlirləri 17 milyard 899.4 milyon manat, xərcləri isə 15 milyard 334.8 milyon manat olub. 

Bu da onu göstərir ki, bir il ərzində gəlirlərdə cəmi 867,2 milyon manat və ya 4,62 faiz, xərclərdə isə birdən-birə 2 milyard 285,7 milyon manatlıq və ya 12,97 faizlik artım baş verib ki, bu da 3,5 faizlik profisit deməkdir. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO