Əsas kapitala ötən illə müqayisədə 15,9 faiz çox vəsait YÖNƏLDİLİB 

Əsas kapitala ötən illə müqayisədə 15,9 faiz çox vəsait YÖNƏLDİLİB 

Hazırda oxunan: Əsas kapitala ötən illə müqayisədə 15,9 faiz çox vəsait YÖNƏLDİLİB 
141472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ilin yanvar-may aylarında əsas kapitala 5 milyard 858,2 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz çox vəsait yönəldilib. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,9 faiz, qeyri- neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2 faiz artıb. 

İstifadə olunmuş vəsaitin 3 milyard 432,5 milyon manatı və ya 58,6 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 97,8 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 314,5 milyon manatını və ya 73,6 faizini daxili vəsaitlər təşkil edib. 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 124,3 milyon manatı və ya 70,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO