Azərbaycanın iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin olunub – RƏSMİ

Azərbaycanın iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin olunub – RƏSMİ

Hazırda oxunan: Azərbaycanın iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin olunub – RƏSMİ
138236
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ildə Azərbaycan iqtisadiyyatındakı artım qeyri-neft sektorunun hesabına təmin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, qeyri-neft sektorunda artım bu sektor üzrə dövlət büdcəsinin gəlirlərinin artmasına şərait yaradıb.

"Dünya iqtisadiyyatında da olduğu kimi, Azərbaycan iqtisadiyyatının təkanverici qüvvəsi daxili istehlak və investisiyalar olub. Dünya bazarında enerji daşıyıclarının qiymətlərində artım ölkəmizin iqtisadiyyatının bütün makroblokları ilə əlaqəli olub, dövlət büdcəsində xarici valyutada gəlirlərdə artım isə milli valyutada aktivlərə qənaətlə gətirib çıxarıb. 

Həmçinin, ödəniş balansına əsasən, ötən il rezerv valyutada artım qeydə alınıb. 2022-ci ildə qlobalmiqyasda inflyasiyanın sürətlənməsi Azərbaycana da toxunub. Ölkəmizə inflyasiya əsasən idxal olunub və son bir neçə il ərzindəki ən yüksək göstəriciyə çatıb", - Hesablama Palatasının məlumatında deyilir.

Belə ki, ötən il Azərbaycan iqtisadiyyatında artım 4,6 faiz olub.

2022-ci ildə neft və qaz qiymətlərində 2021-ci illə müqayisədə mühüm artım ÜDM-də neft-qaz və qeyri-neft-qaz sektorlarının xüsusi çəkisinin dəyişməsinə gətirib çıxarıb. Beləliklə, ÜDM-də neft-qaz sektorunun payı 47,8 faizədək artıb, qeyri-neft-qaz sektorunun payı isə 52,2 faiz olub", - məlumatda deyilir.

Həmçinin qeyd edilib ki, iqtisadi artıma tamamilə qeyri-neft-qaz sektorunun hesabına nail olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO