Azərbaycanda manatla pul bazası 17 milyard MANATI ÖTDÜ – FOTO  

Azərbaycanda manatla pul bazası 17 milyard MANATI ÖTDÜ – FOTO  

Hazırda oxunan: Azərbaycanda manatla pul bazası 17 milyard MANATI ÖTDÜ – FOTO  

136390

2023-cü ilin I rübündə manatla pul  təklifi iqtisadiyyatın tələbinə uyğun olaraq dəyişib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı “Pul siyasəti icmalı”nda məlumat verilib. 

İcmalda qeyd olunub ki, Mərkəzi Bank özünün əməliyyatları ilə pul təklifinin dəyişimini siyasət hədəflərinə uyğun şəkildə tənzimləyib.  

2023-cü ilin I rübündə manatla pul bazası 1.3% artıb və dövrün sonuna 17.7 milyard manat təşkil edib. Dövr ərzində pul bazasının dəyişiminə Xalis Xarici Aktivlərin dəyişimi azaldıcı, Xalis Daxili Aktivlərin dəyişimi isə artırıcı təsir edib.  

Hesabat dövründə manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 43.1% artıb, manatla müxbir hesabların qalığı isə 7.7% azalıb. 

Manatla pul multiplikatoru (manatla geniş mənada pul kütləsinin manatla pul bazasına nisbəti) I rübün sonuna 1.68 təşkil edib. Manatla geniş pul kütləsi (M2) dövr ərzində 0.4% artaraq rübün sonuna 29.7 mlrd. manat təşkil edib. 



Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO