Azərbaycan Olimpiadada bürünc medal qazanıb

Azərbaycan Olimpiadada bürünc medal qazanıb

Hazırda oxunan: Azərbaycan Olimpiadada bürünc medal qazanıb

98481

Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb. 

Bizim.Media xəbər verir ki, Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın birinci komandası yarışın sonuncu turunda Türkiyə-Anadolu kollektivini 2,5:1,5 hesabıyla məğlub edib. Bununla xalını 13-ə çatdıran təmsilçimiz Olimpiadanın bürünc mükafatına sahib çıxıb. 

Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub. 

Bu gün Naxçıvan Olimpiadasının bağlanış mərasimi keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO