Voleybol millilərimiz seçmə mərhələdə

Voleybol millilərimiz seçmə mərhələdə

Hazırda oxunan: Voleybol millilərimiz seçmə mərhələdə
89514
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın voleybol milliləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarından sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəklər. 

Bizim.Media xəbər verir ki, İslamiadanın bürünc medalçısı olan qadın millisi bu gün seçmə mərhələdə ilk matçına çıxacaq.

Rəqib qonşu Gürcüstan yığması olacaq. Oyun Bakıdakı Voleybol Mərkəzində baş tutacaq. Kişi millisi isə AÇ-nin təsnifat mərhələsində 3-cü matçına çıxacaq. Azərbaycan millisi ilk iki matçında Bakıda rəqiblərinə uduzub.
Bu dəfə rəqib Bakıda 1:3 hesabı ilə uduzduğu Danimarka millisi olacaq. Oyun Danimarkanın Midlfart şəhərində keçiriləcək. 

Avropa çempionatının seçmə mərhələsi (qadınlar) 

18:00 Azərbaycan – Gürcüstan 

Avropa çempionatının seçmə mərhələsi (kişilər) 

21:00 Danimarka – Azərbaycan 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO