Qadın güləşçimiz Avropa çempionu oldu - FOTO

Qadın güləşçimiz Avropa çempionu oldu - FOTO

Hazırda oxunan: Qadın güləşçimiz Avropa çempionu oldu - FOTO
81920
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, yarışın 4-cü günündə gənc qızlardan ibarət millinin son 3 üzvü mübarizəyə qoşulub.

Gültəkin Şirinova (53 kq) ilk mərhələdə finlandiyalı Roberta Luostarinenə tam üstünlüklə qalib gəlib - 12:0. Ancaq Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda ukraynalı Nataliya Klivçuktskayla bacarmayıb - 4:10.
Birgül Soltanova 1/8 finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib - 10:0. Milli üzvü 1/4 finalda litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb - 11:0. Yarımfinalda ukraynalı İrina Bondarı "tuşe" ilə məğlub edən Soltanova finala yüksəlib.

Birgül həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşıb. Rəqibinə 4:3 hesabıyla qalib gələn Soltanova qızıl medalı boynundan asıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub - 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün Sadıqova bürünc medal qazanmaq şansı əldə edib.

Macarıstanlı Sofiya Viraqla görüş ərəfəsində qolundan ciddi zədələnməsinə baxmayaraq, əsl xarakter göstərən Mərziyə rəqibini "tuşe" ilə məğlub edərək bürünc medal qazanıb.

Beləliklə, komandamız qitə birinciliyini 2 qızıl və 2 bürünc medalla başa vurub.

Bizim.Media

Qadın güləşçimiz Avropa çempionu oldu - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO