"Turan Tovuz"dan 9-cu TRANSFER

Hazırda oxunan: "Turan Tovuz"dan 9-cu TRANSFER

81739

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" daha bir futbolçunun transferini açıqlayıb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi "Qəbələ"dən ayrılan Ehtiram Şahverdiyevi heyətinə cəlb edib. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Şahverdiyev "Qəbələ"dən başqa, "Sumqayıt"da da oynayıb.

Qeyd edək ki, bu, "Turan Tovuz"un 9-cu transferidir. Buna qədər Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov, Veysəl Rzayev, Turan Vəlizadə və Eltun Turabovun da transferi açıqlanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO