Millimiz Norveçdən xalla ayrıldı

Millimiz Norveçdən xalla ayrıldı

Hazırda oxunan: Millimiz Norveçdən xalla ayrıldı

81400
Dünən futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirib.
 
APA-nın məlumatına görə, H qrupunda yer alan yığmamız Norveç millisinin qonağı olub.
 
Bu tsikldə 3-cü səfər matçına çıxacaq millimiz ümumilikdə 6-cı oyununu keçirib. Əvvəlki iki səfər qarşılaşması komandamız üçün uğursuz nəticələnmişdi.
 
O vaxt Berti Foqtsun çalışdırdığı millimiz Xorvatiyadan 0:6, İtaliyadan isə 1:2 hesablı məğlubiyyətlə dönmüşdü.
 
Komandamızın baş məşqçisi Robert Prosineçki üçün isə bu, ilk səfər görüşü olub. Xorvat mütəxəssis ümumilikdə 3-cü dəfə əsas komandamızı oyuna çıxarıb Əvvəlki iki oyunun biri rəsmi (Malta ilə Bakıda 2:0), digəri isə hazırlıq matçı (Serbiya ilə Avstriyada 1:4) olub.
 
Bu, həm də skandinaviyalılarla cari mərhələdə ikinci görüşümüz olub. İlk oyunda Bakıda rəqibə 0:1 hesabı ilə yenilən millimiz revanş arzusunda idi.
 
Norveçlə əvvəlki qarşılaşmalarda millinin nəticələri o qədər də ürəkaçan deyildi. DÇ-1998-in seçmə mərhələsində də evdə tək qola üzülmüşdük. Ancaq o vaxtkı səfər qarşılaşması bizim üçün daha acınacaqlı olmuşdu ”“ 0:5.
 
Bu dəfə isə hər şey gözləniləndən daha yaxşı bitib. Səfərdə Norveç millisi ilə başabaş oyun göstərən Robert Prosineçkinin yetirmələri oyunu bərabərliklə başa vurub.
 
Bu nəticə ilə milli komandamız cari tsikldə səfərdə ilk xalını qazanıb.
- See more at: //axar.az/news/55151#sthash.EgerPe6q.dpuf
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO