Moderator.az-ın verdiyi xəbərə görə, Milli
Paralimpiya Komitəsində Bakı-2015 Avropa oyunlarına hazırlığın vəziyyəti
müzakirə edilb.
26 may 2015-ci il
tarixində Sumqayıt Paralimpiya İdman kompleksində Milli Paralimpiya Komitəsi
İcrayə Komitəsinin iclası keçirilmişdir.
İclasda Bakı-2015
Avropa Oyunlarına hazırlıq, ARMPK-nin 20 illik yubileyinin təntənəli qeyd
edilməsi ilə əlaqədar olaraq tədbirlər planının təsdiq edilməsi və ARMPK-nın
atletika üzrə Milli komandasının baş məşqçisi barədə məsələlər müzakirə
edilmişdir.
ARMPK-nın prezidenti
cənab İlqar Rəhimov iclası acaraq qeyd etdi ki, bu gün dünyada idman ölkəsi
kimi tanınan Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə ciddi
hazırlaşır. İlk dəfə keçiriləcək bu yarışlara hazırlıq işləri yüksək sürətlə və
keyfiyyətlə davam edir. Sevindirici haldır ki, oyunların proqramına para-cüdo
idman növü də daxildir. Fürsətdən istifadə edərək paralimpiya idman növünü
oyunlara daxil etdiyinə görə Azərbaycanın birinci xanımı, I Bakı 2015 Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya
paralimpiyaçılar adından təşəkkürmüzü bildiririk. Azəbaycan Dövlətinin əsas
prioritetlərindən olan bədən tərbiyəsi və idman sahəsi, o cümlədən əlil
idmanının inkişafı dövlət başçısı, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti
cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki,
ölkəmizdə paralimpiya hərəkatı sürətlə inkişaf edir.
I Bakı 2015 Avropa
Oyunlarında cudo idman növündə 8 nəfər - 57 kq çəkidə, 8 nəfər isə +100 kq çəki
dərəcəsində olmaqla 16 nəfər paralimpiyaçı yarışacaqdır.Yarışda Azərbaycan,
Rusiya, Ukrayna, Fransa,Türkiyə , Macarıstan, İspaniya, Almaniya, İngiltərə və
Yunanıstandan olan idmançılar öz güclərini sınayacaqlar. +100 kq cəkidə
kişilər, 57 kq çəkidə qadınlar yarışacaqlar . Ölkəmizi +100 kq çəkidə ikiqat
paralimpiya çempionu, ikiqat Dünya çempionu , 5 qat Avropa çempionu İlham
Zəkiyev və Avropa çempionatının üçüncüsü Zakir Mislimov, 57 kq çəkidə isə
Avropa çempionatının və Dünya kubokunun ikincisi, gənclər arasında dünya kubokunun
qalibi olan Səbinə Abdullayeva təmsil edəcəkdir. Bu günkü iclasda biz
idmançılarımızın Avropa Oyunlarına hazırlıq vəziyyəti və gündəlikdə duran digər
məsələləri müzakirə edəcəyik.
Bakı 2015 Avropa
Oyunlarına idmançıların hazırlığı barədə ARMPK-nin baş katibi Afiq Süleymanov,
cüdo idman növü üzrə milli komandanın baş məşqçisi İbrahim İbrahimov,
idmançılar İlham Zəkiyev və Zakir Mislimov geniş məlumat verərək qeyd etdilər
ki, idmançılarımız üçün bütün şərait yaradılmış, respublikada və xaricdə
müvafiq təlim məşq toplantılarında iştirak etmişlər. Hazırda bu məşqlər davam
etdirilir.
ARPMK-nin 20 illik
yubileyinin təntənəli qeyd olunması barədə ARMPK-nin birinci vitse prezidenti
Natiq Qasımov məlumat verərək bildirdi ki, 09 fevral 2016-cı il tarixində Paralimpiya
Komitəsinin yaradılmasının 20 ili tamam olur. Komitənin 20 illik fəaliyyətinin
işıqlandırılması və əhali arasında paralimpiya dəyərlərinin təbliğ olunması
məqsədi ilə tədbirlər planı hazırlamışdır. O, plana əsasən həyata keçiriləcək
tədbirlər haqqında geniş məlumat verdi.
ARMPK-nin vitse
prezidenti Şaiq Həmidov çıxış edərək bildirdi ki, Komitənin Atletika üzrə milli
komandasının baş məşqçisi Sergey Təhməzov səhhəti ilə əlaqədar olaraq həmin
vəzifədən azad olunması barədə Komitəyə ərizə ilə müraciət etmişdir.
İclasın gündəliyində
duran məsələlər müzakirə edilərək müvafiq olaraq I Bakı 2015 Avropa Oyunlarına
hazırlıq vəziyyətinin yüksək qiymətləndirilməsi, ARMPK-nin 20 illik yubileyinin
təntənəli qeyd edilməsi ilə əlaqədar tədbirlər planının təsdiq edilməsi,
Atletika üzrə baş məşqçi Sergey Təhməzovun səhhəti ilə əlaqədar olaraq tutduğu
vəzifəsindən azad edilməsi və Komitənin baş katibi Afiq Süleymanovun eyni
zamanda Atletika üzrə milli komandanın baş məşqçisi təyin edilməsi barədə qərar
qəbul edilmişdir.
Müzakirələrdə
İcraiyyə Komitəsinin üzvlər Aydın Məmmədov, Natiq Qasımov, Şaiq Həmidov, Afiq
Süleymanov, İlham Zəkiyev, Mehdi Əhmədov məşqçilərdən İbrahim İbrahimov, Əfqan
Əhmədov, Sergey Təhməzov, Oqtay Şaxtaxtinski, iştirak etmişlər.
Cənab İlqar Rəhimov iclasda yekun nitqi söyləmişdir.
- A-
- A
- A+
İdman
19:00 / 26.05.2015
Milli Paralimpiya Komitəsində Bakı-2015 hazırlıq
Hazırda oxunan: Milli Paralimpiya Komitəsində Bakı-2015 hazırlıq
Hazırda oxunan: Milli Paralimpiya Komitəsində Bakı-2015 hazırlıq
79266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































