Madrid derbisində

Madrid derbisində "Real" "Atletiko"ya uduzdu - VİDEO

Hazırda oxunan: Madrid derbisində "Real" "Atletiko"ya uduzdu - VİDEO

73382

"Atletiko" İspaniya çempionatının 35-ci turunda paytaxt derbisində "Real"ı məğlub edib. Görüş Dieqo Simeonenin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bizim.Media xəbər verir ki, yeganə qolu 11-metrlik zərbəni qola çevirən belçikalı yarımmüdafiəçi Yannik Karrasko vurub.

"Atletiko" 64 xal toplayıb və La Liqa turnir cədvəlində üçüncü yerdə olan “Sevilya”dan bir xal geri qalaraq dördüncü yerdə qəərarlaşıb. 81 xalla turnir cədvəlinə başçılıq edən “kral klubu” ötən turda vaxtından əvvəl ölkə çempionu olub. 

Növbəti turda Karlo Ançelottinin yetirmələri evdə “Levante” ilə, “Atletiko” isə “Elçe” ilə qarşılaşacaq. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO