
- A-
- A
- A+
İdman
22:41 / 27.02.2022
1 dəq oxunma
Cüdoçularımız açıq Avropa turnirində 5 medal qazandı
Hazırda oxunan: Cüdoçularımız açıq Avropa turnirində 5 medal qazandı
62248
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Cüdo üzrə Azərbaycan milli komandası Varşavada keçirilən açıq Avropa turnirini 5 medalla başa vurub.
Bizim.Media xəbər verir ki, yarışın ikinci - sonuncu günündə 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İmran Yusifov üçüncü yeri tutub. Bununla da komandamızın qazandığı medalların sayı beşə çatıb.
Yarışın birinci günündə Azərbaycan komandası 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.
Qızıl medalları yığmamızın aktivinə Əhməd Yusifov (60 kq) və İbrahim Əliyev (66 kq) yazdırıblar.
Gümüş medala İsmayıl İbrahimov (66 kq), bürünc medala isə Rövşən Əliyev (60 kq) sahib olublar.
Yarışa 13 idmançı ilə qatılan komandamız bu nəticə ilə 32 ölkə arasında üçüncü yeri tutub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































