Şahmat üzrə Azərbaycan çempionatında FİNALÇILAR

Şahmat üzrə Azərbaycan çempionatında FİNALÇILAR

Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionatında FİNALÇILAR

0:00
0:00
60501

Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar məlum olub.

Bizim.Media Şahmat Federasiyasına istinadən xəbər verir ki, yarımfinalda Vasif Durarbəyli  ilə Məhəmməd Muradlı arasındakı əsas oyunlar 1:1 hesabı ilə bitdikdən sonra ilk rapid oyununda heç-heçə qeydə alınıb. İkinci rapid görüşündə qələbə qazanan Məhəmməd Muradlı adını finala yazdırıb.

Sabah iki partiyadan ibarət finalda Məhəmməd Muradlı Misrətdin İsgəndərovla, üçüncü yer uğrunda görüşdə isə Aydın Süleymanlı Vasif Durarbəyli ilə qarşılaşacaq. 

Qeyd edək ki, 2019-cu ildə Məhəmməd Muradlı 20 şahmatçının iştirak etdiyi Azərbaycan çempionatında çempionluq sevinci yaşayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO