“Qarabağ”a qarşı qərəzli qərarlar verən hakim KİMDİR? - VİDEO

“Qarabağ”a qarşı qərəzli qərarlar verən hakim KİMDİR? - VİDEO

Hazırda oxunan: “Qarabağ”a qarşı qərəzli qərarlar verən hakim KİMDİR? - VİDEO
592070
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, dünən baş tutan "Qarabağ" - "Ayntraxt" qarşılaşması baş hakim Sandro Şererin qərəzli qərarları ilə diqqət çəkib. Belə ki, oyunun 74-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kamilo Duran cərimə meydançasında rəqib futbolçunun müdaxiləsi ilə yerdə qalıb.

Lakin hakim “Ayntraxt”ın qapısına penalti təyin etməyib.  

Epizoddan cəmi 2 dəqiqə sonra, oxşar vəziyyətdə rəqib futbolçu cərimə meydançasında yıxıldıqda isə Şerer heç bir tərəddüd etmədən “Qarabağ”ın qapısına penalti təyin edib. 


Doğrudur, bu cür qərarlara baxmayaraq “Qarabağ” rəqib üzərində əzmkar qələbə qazandı. Ancaq hakimim qərəzli yanaşması diqqətdən kənarda qala bilməz.

Sandro Şerer kimdir?

Bizim.Media xəbər verir ki, isveçrəli hakim Sandro Şerer 1988-ci ildə anadan olub. O, 2015-ci ildən bəri FİFA referisidir. İsveçrəli hakim 2017-ci ildən bəri beynəlxalq oyunları idarə edir.

“Qarabağ”ın dünənki oyununda baş verənlər Şererin ilk qərəzli, yanlış qərarı deyil. O, 2021-ci ildə baş tutan “Galatasaray” – “Lokomativ Moskva” matçında daha kobud səhvlə yadda qalıb. Şerer “Lokomotiv”in futbolçusuna 2 dəfə sarı kart göstərsə də, qırmızı kart çıxarmayıb. Beləcə Rusiya təmsilçisinin futbolçusu Jviqlyadov 2 sarı kart almasına baxmayaraq, oyunda qalmağa davam edib. 

“Qarabağ”a qarşı qərəzli qərarlar verən hakim KİMDİR? - VİDEO - foto 1

Şerer 2022-ci ildə Çempionlar Liqasında baş tutan “İnter”-“Viktoriya Plzen” matçındakı qərarları ilə də tənqid hədəfinə tuş gəlib. Həmin vaxt İtaliya mediası Şereri sərt müdaxilələr edən futbolçuları cəzalandırmadığı üçün tənqid etmişdi.

2024-cü ildə “Portuqaliya” – “Gürcüstan” matçında Şererin Kriştino Ronaldo ilə mübahisəsi gündəm olmuşdu. Portuqaliyalı superulduz Gürcüstanın qapısına penalti təyin etmədiyi üçün hakimlə sərt mübahisə etmişdi.

“Qarabağ”a qarşı qərəzli qərarlar verən hakim KİMDİR? - VİDEO - foto 2

Göründüyü kimi, Şererin ədalətsiz qərarlarının ilk hədəfi “Qarabağ” deyil. O daha əvvəl də oxşar yanlışları ilə futbol cameəsində tənqid hədəfinə çevrilib.

Qeyd edək ki, "Qarabağ" - “Ayntraxt” görüşü təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda “Qarabağ” 10 xalla Çempionlar Liqasında 18-ci pillədə qərarlaşıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO