Voleybol millimizin avrokuboklardakı rəqibləri bəlli oldu – Qrupların tərkibi

Hazırda oxunan: Voleybol millimizin avrokuboklardakı rəqibləri bəlli oldu – Qrupların tərkibi

49533

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Qızıl Avropa Liqasındakı rəqibləri bəlli olub.

Bizim.Media-nın məlumatına görə, yığma Ukrayna, Rumıniya və Macarıstanla birlikdə C qrupunda mübarizə aparacaq.

Gümüş Avropa Liqasında çıxış edəcək kişilərdən ibarət Azərbaycan seçməsi isə A qrupuna düşüb. Üç komandalı qrupdakı digər 2 kollektiv Finlandiya və Macarıstandır.

Qeyd edək ki, yarışa 2022-ci il mayın 25-də start veriləcək. Qruplarında ilk pilləni tutan komandalar "Dördlər finalı"na vəsiqə qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO