"Keşlə" azlıqda qələbəni əldən verdi - Tura sabah yekun vurulacaq

Hazırda oxunan: "Keşlə" azlıqda qələbəni əldən verdi - Tura sabah yekun vurulacaq

49086

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Bizim.Media xəbər verir ki, açılış matçında "Keşlə" klubu "Səbail"i qəbul edib. "ASK Arena"dakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Start fitindən öncə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişmiş hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Matçın əvvəli "Keşlə" üçün yaxşı alınmayıb. 14-cü dəqiqədə paytaxt klubunun kapitanı İlkin Qırtımov zədələnərək meydanı tərk edib. Onu digər cinah müdafiəçisi Tural Axundov əvəzləyib.

Oyunda hesab ilk hissənin əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə açılıb. "Keşlə"nin heyətində Felipe Santos penaltidən fərqlənməklə komandasını önə keçirib. Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv ikinci yarıya da qolla başlayıb. 46-cı dəqiqədə Anatol Abanq adını tabloya yazdırıb. Lakin kamerunlu hücumçu 61-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən qonaqlar cəmi 5 dəqiqə sonra Rahid Əmirquliyevin qolu ilə fərqi azaldıblar.

Oyunda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Camal Araqo qoyub.

Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Keşlə" 7-ci pillədə qalıb. "Sumqayıt" isə 10 xalla sonuncu - 8-cidir.

Günün ikinci oyununda "Qarabağ" "Azersun Arena"da "Sabah"la qarşılaşacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO