Lukaşenko: “Bizə qarşı silah istifadə edənlərə dərhal cavab verəcəyik, biz Rusiya deyilik” - VİDEO 

Lukaşenko: “Bizə qarşı silah istifadə edənlərə dərhal cavab verəcəyik, biz Rusiya deyilik” - VİDEO 

Hazırda oxunan: Lukaşenko: “Bizə qarşı silah istifadə edənlərə dərhal cavab verəcəyik, biz Rusiya deyilik” - VİDEO 

190966

“Əgər kimsə bizə qarşı silah tətbiq edərsə, biz dərhal cavab verəcəyik. Belarus heç bir sərhəd xətti çəkməyəcək - biz minlərlə kilometr uzaqda olan Rusiya deyilik. Orada xətlər çəkib nəsə gözləmək olar. Amma Rusiyanı dərhal ələ keçirə bilməzsiniz. Belarus isə son müharibənin göstərdiyi kimi, bir ay ərzində mövcudluğunu dayandırdı”.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Qələbə Günü münasibətilə Respublika Sarayında keçirilən təntənəli mərasimdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, ölkəsinə hər hansı bir təcavüz olarsa, dərhal cavab veriləcək:

“Bu gün nüvə və digər silahlar haqqında çox danışılır. Bizim onlardan istifadə edib-etməməyimiz və s.haqda müzakirələr gedir. Eşidin və bilin, bu çəkindirici silahdır, bu müdafiə silahıdır. Heç kim bu silahlarla hücuma keçməyəcək”.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO