Qalıqları tapılan daha bir şəhid DƏFN OLUNDU - FOTO/VİDEO

Qalıqları tapılan daha bir şəhid DƏFN OLUNDU - FOTO/VİDEO

Hazırda oxunan: Qalıqları tapılan daha bir şəhid DƏFN OLUNDU - FOTO/VİDEO

190945

Bir neçə gün əvvəl qalıqları tapılan Xaçmazın daha bir şəhidi bu gün dəfn edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid Gülalı Məhəmməd oğlu Dadaşov anası Səbirə xanımın xahişi ilə Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələrinin təmsilçiləri, qazilər və rəsmi qurumların nümayəndələri iştirak ediblər. 

Şəhid Gülalı Dadaşovun bacısı Kəmalə Dadaşova mətbuat nümayəndələrinə müsahibəsində 31 ildən sonra qardaşının qalıqlarının tapılmasına görə əziyyəti çəkən dövlət qurumlarına və ölkə rəhbərliyinə razılığını bildirib.


 








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO