Rüstəm Qasımov dünya üçüncüsü oldu

Rüstəm Qasımov dünya üçüncüsü oldu

Hazırda oxunan: Rüstəm Qasımov dünya üçüncüsü oldu

262452
8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyinə start verilib. 50 ölkədən 200-yə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Bu gün körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.xa0

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb.xa0

Rüstəm təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək bu hərəkətdə 7-ci yeri tutub. Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.xa0

Yarışdan sonra Rüstəm Qasımov federasiyanın saytına açıqlama verib: "Yaxşı yarış oldu, mən də yaxşı çıxış etdim. Başda Asif Məmmədov olmaqla milli komandanın məşqçilərinə, həmçinin şəxsi məşqçim Taleh Hüseynova, həkimimizə, rəhbərliyə, bir sözlə əməyi olam hər kəsə əziyyətlərinə görə çox təşəkkür edirəm. Medal qazanmağım çox yaxşı oldu. Qolumdakı zədəm təkanla qaldırmada daha yaxşı çıxış edib həm o hərəkətdə, həm toplamda medal əldə etməyimə mane oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardım, rəqabətdən çəkinmədim. Bura gələndə qabağıma medal qazanmaq məqsədi qoymuşdum. Şükürlər olsun ki, istəyinə nail ola bildim". (azvision.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO