Fernandu Santuş: “Azərbaycan millisinə qələbə lazımdır”

Fernandu Santuş: “Azərbaycan millisinə qələbə lazımdır”

Hazırda oxunan: Fernandu Santuş: “Azərbaycan millisinə qələbə lazımdır”
253836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İnanıram ki, yüksək motivasiya futbolçulara müsbət mənada təsir göstərəcək”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib. 

70 yaşlı mütəxəssis sabah çətin oyuna çıxacaqlarını bildirib:

“Macarıstan yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Hər oyundan əvvəl bütün rəqiblərimizi təhlil edirik. Həmçinin Macarıstanı da yaxşı təhlil etmişik. Onların müdafiədə və hücumda necə oynadıqlarını bilirik. Futbolçularımda yaxşı motivasiya var və inanıram ki, bu hal komandaya müsbət mənada təsir edəcək. Azərbaycan yığmasına qələbə lazımdır. İnanıram ki, sabah maraqlı görüşə şahidlik edəcəyik”.

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu sabah “Liv Bona Dea Arena”da, saat 20:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO