İspaniyanın “Barselona” klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.
Bizim.Media xəbər verir ki, onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər.
Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
İspaniya klubunun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
18:16 / 01.04.2025
AFFA rəsmisi “Barselona”nın nümayəndələri ilə görüşdü
Hazırda oxunan: AFFA rəsmisi “Barselona”nın nümayəndələri ilə görüşdü
Hazırda oxunan: AFFA rəsmisi “Barselona”nın nümayəndələri ilə görüşdü
241925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.